"Azəriqaz" İstehsalat Birliyi Qurban bayramı münasibətilə 13 oktyabr 2013-cü il tarixindən etibarən gücləndirilmiş iş rejiminə keçəcək.Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi üçün Birlik tərəfindən zəruri tədbirlər həyata keçirilir. Belə ki, 185 nömrəli "qaynar xətt"in iş saatı artırılacaq, 104 nömrəli qəza xidmətinin fəaliyyəti gücləndiriləcək.Yerli qaz istismar sahələri günün bütün saatlarında növbəlilik əsasında iş rejiminə keçəcək.
"Azəriqaz" İB bayram günlərində bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir.
Mənbə: Milli.Az