Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.Komissiyadan APA-ya verilən məlumata görə, iclasda əfv məsələləri ilə bağlı bir sıra vacib məqamlar müzakirə olunub.Qeyd edək ki, Əfv Komissiyasının iclasları sentyabr ayının əvvəlindən mütəmadi olaraq keçirilir. Bugünkü iclasın sonuncu olduğu ehtimal edilir.Müraciətlərin araşdırılması başa çatdıqdan sonra əfv siyahısı dövlət başçısına təqdim olunacaq.Yaxın vaxtlarda ölkə başçısının əfv fərman verməsi gözlənilir.
Mənbə: Milli.Az