Aparıcı Yəhudi Təşkilatları Prezidentləri Konfransının sədri Robert Şuqarman və ABŞ-ın Aparıcı Yəhudi Təşkilatları Prezidentləri Konfransının baş icraçı direktoru Malkolm Honlaynd Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Lent. az-ın məlumatına görə, təbrik məktubunda deyilir: “Hörmətli Prezident Əliyev! Yenidən prezident seçilməyiniz münasibətilə ən səmimi təbriklərimizi qəbul edin. Qələbəniz rəhbərliyinizin müdrikliyindən, nailiyyətlərinizin möhtəşəmliyindən və Azərbaycan xalqının dəstəyindən xəbər verir.Bakıda və Nyu-Yorkda Sizinlə keçirdiyimiz səmimi görüşləri xatırlayırıq.Dialoqumuzun davam edəcəyinə ümidvarıq. Azərbaycana səfərimiz bizdə böyük təəssüratlar, ölkəniz və xalqınız barədə dəyərli fikirlər yaratmışdır. Mühüm işlərdə Sizinlə əməkdaşlıqdan məmnunluq duyur və davamlı dəstəyinizə görə təşəkkür edirik”.
Mənbə: Lent.Az