ARDNŞ-in mətbuat xidmətindən Lent.Az-a verilən məlumata görə, ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi tərəfindən görülən işlərin nəticəsi olaraq, oktyabrın 1-nə olan məlumata görə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 580 min 474-ə çatıb.Bunların da 1 milyon 561 min 399-u əhali, 19 min 75-i isə qeyri-əhali abonentidir. Həmin abonentlərin 684 min 54-ü Bakı şəhəri (674 min 291 əhali, 9 min 863 qeyri-əhali abonenti), 896 min 320-i isə regionların (887 min 108 əhali, 9 min 212 qeyri-əhali abonenti) payına düşür. Sentyabrın 1-nə olan məlumata əsasən, əhali kateqoriyasına aid abonentlərinin mənzillərində 793 min 383 ədəd “smart-kart” tipli sayğac quraşdırılıb. 2013-cü ilin yanvarın 1-nə qədər bu göstərici 594 min olub.
Mənbə: Lent.Az