Qadin.NET / Britaniya krallığının məşhur kanalında Azərbaycanın oyunu göstəriləcək

Britaniya krallığının məşhur kanalında Azərbaycanın oyunu göstəriləcək

 

Yığmamızın bu gün keçirəcəyi görüşü Böyük Britaniya və Şimali İrlandiya Krallığında da izləmək mümkün olacaq. Apasport.az saytının məlumatına görə, adıçəkilən ölkənin məşhur “Sky Sport 3” telekanalı qarşılaşmadan canlı yayın təşkil edəcək.“Sky Sport”un əməkdaşı Pol Cilmour məhz bununla bağlı hazırda ölkəmizdə ezamiyyətdədir. Qarşılaşmanı espn3.com saytı vasitəsilə də izləmək mümkün olacaq.Qeyd edək ki, millimizin Şimali İrlandiya ilə oyunu ölkəmizdə saat 21:00-dan etibarən Az.TV və “İdman Azərbaycan” telekanalları vasitəsilə canlı yayınlanacaq. 

 

Mənbə: Milli.Az

11 oktyabr 2013
GO BACK