Qadin.NET / Hollandiya Azərbaycan Türk Kültür Dərnəyi Prezident İlham Əliyevi təbrik edib

Hollandiya Azərbaycan Türk Kültür Dərnəyi Prezident İlham Əliyevi təbrik edib

Hollandiya Azərbaycan Türk Kültür Dərnəyi Prezident İlham Əliyevi təbrik edib.Milli.Az-ın məlumatına görə, təbrikdə deyilir:"Azərbaycan Respublikasının Prezidenti, çox dəyərli soydaşımız İlham Heydər oğlu Əliyev!Sizi 9 oktyabr 2013-cü ildə Azərbaycan Respublikası prezidenti seçkilərində səslərin əksəriyyətini qazanaraq yenidən prezident seçilməyiniz münasibətilə ürəkdən təbrik edirik! Biz Hollandiyada yaşayan azərbaycanlılar və türklər olaraq, Sizin seçicilərin bu yüksək etimadını doğruldacağınıza, qarşıdakı illərdə də Vətənimiz və xalqımıza səmimi xidmət göstərəcəyinizə inanırıq! Sizə bu şərəfli yolda uğurlar arzulayır, prezidentliyinizin Vətənimiz və millətimiz adına xeyirlərə vəsilə olmasını diləyirik!  Sayğılarla, İlhan Aşkın, Hollandiya Azərbaycan Türk Kültür Dərnəyinin başqanı".
Mənbə: Milli.Az
11 oktyabr 2013
GO BACK