Xəstə heyvanların bazara gətirilməsi qadağandı. Milli.Az xəbər verir ki, Qurban bayramı ərəfəsində Lənkəranda ət kəsiminə nəzarət güclənidirlir. Bu barədə Cənub TV-yə Lənkəran Rayon Baytarlıq İdarəsindən məlumat verilib. İdarədən bilirilib ki, rayonda xəstə mal-qaranın kəsimi və ya xəstə heyvan ətinin satışı faktları qeydə alınmayıb.İdarə rəsinin sözlərinə görə, vətəndaşlar özləri də aldıqları ətin keyfiyyətindən əmin ola bilər. Bunun üçün onlar ətin rənginə, qoxusuna fikir verməlidirlər. Həmçinin Baytarlıq idarəsinin əməkdaşları tərəfindən bazarlarda diri satılan heyvanlara da nəzarət gücləndirilib. Səbəb isə xəstə heyvanların bazarlara daxil olmasının qarşısını almaqdır.Qeyd edək ki, ət kəsimi və satışı məntəqələrində aparılan yoxlamalar bayram günlərində də davam edəcək. Məlumat üçün bildirək ki, respublikamızda Qurban bayramı bu il 15-16 oktyabr tarixlərində qeyd olunacaq.
Mənbə: Milli.Az