Qadin.NET / Quba-İspik-Xınalıq yolunun üzərinə düşən qaya parçasını partladacaqlar

Quba-İspik-Xınalıq yolunun üzərinə düşən qaya parçasını partladacaqlar

80 tonluq qaya parçasını ağır texnikanın köməyi ilə yolun hərəkət hissəsindən uzaqlaşdırmaq mümkün olmayıb. Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, Quba-İspik-Xınalıq yolunun 36-cı kilometrliyində dağdan qoparaq yolun hərəkət hissəsinə düşən 80 tonluq qaya parçasını partladacaqlar. Bu barədə RTV-yə 6 saylı yol istismar idarəsinin rəisi Aydəmir Manafov açıqlama verib. İdarə rəisinin sözlərinə görə, qaya parçasını ağır texnikanın köməyi ilə yolun hərəkət hissəsindən uzaqlaşdırmaq mümkün olmayıb. Bu səbəbdən Nəqliyyat Nazirliyinin müvafiq qurumlarına qaya parçasının partladılaraq hissələrə bölünməsi və yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün müraciət olunub.Xatırladaq ki, oktyabrın 7-si gecə saatlarında təxminən 50 və 80 ton ağırlığında qaya parçalarının dağdan qoparaq yola yuvarlanması nəticəsində Quba-Xınalıq yolu müvəqqəti bağlanmışdı. Yolun 36-cı kilometrliyində baş verən hadisə ilə bağlı müvafiq texnika və canlı qüvvə əraziyə cəlb olunub, yolda hərəkət bərpa olunub. Amma bütün cəhdlərə baxmayaraq 80 tonluq qaya parçasını yolun hərəkət hissəsindən uzaqlaşdırmaq mümkün olmayıb.

 

Mənbə: Milli.Az

11 oktyabr 2013
GO BACK