Tacikistanın paytaxtı Düşənbənin meriyası şəhəri ərazisindən sürü və naxırların keçirilməsini qadağan edib.Milli.Az Asia Plus-a istinadən bildirir ki, Düşənbənin Şəhər Məclisinin qərarına görə, Tacikistanın müxtəlif bölgələrindən dağ yaylaqlarına aparılan davarın şəhər küçələrində olması yolverilməzdir.Düşənbənin meri Məhmədsəid Ubaydulloyevin dediyinə görə, paytaxt ərazisində davar saxlamağı yasaqlayan qanuna da tam əməl olunmur."Bu məsələ ilə bağlı müavinlərimin və müvafiq strukturların fəaliyyətini qənaətbəxş saymıram. Qanuna icra edilməsi üçün bütün zəruri addımların atılmasını tələb edirəm. Bu nə biabırçılıqdır - şəhər küçələrindən at, eşşək, keçilər keçirilir", - mer deyib.Tacikistanda 2009-cu ildə qəbul edilmiş "Paytaxtın statusu haqqında" qanuna görə, Düşənbə sakinlərinə iri və xırda buynuzlu davar, habelə at, eşşək saxlamaq yasaqdır.Düşənbəlilər it, pişik, habelə "əti yeyilməyən xırda quşlar" saxlaya bilərlər.
Mənbə: Milli.Az