Qadin.NET / Şəkidə "Şəhər günləri" start götürdü

Şəkidə "Şəhər günləri" start götürdü

 

 

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Şəkidə ənənəvi “Şəhər günü” başlayıb. Bu münasibətlə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov başda olmaqla, tədbir iştirakçıları İcra Hakimiyyətinin binası önündə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. “Şəhər günü”nə Şəkinin Azadlıq meydanında keçirilən möhtəşəm konsert proqramı ilə start verilib. İlk öncə flaşmob nümayiş etdirilib. Gənclər müxtəlif musiqi nömrələri altında maraqlı rəqslər və hərəkətlər təqdim ediblər. Daha sonra Şəkinin Bəxtiyar Vahabzadə adına Mədəniyyət və İstirahət Parkında davam edən tədbir çərçivəsində “Təbəssüm” Mahnı və Rəqs Teatrının yetirmələri maraqlı ifaları ilə toplaşanları əyləndiriblər. Sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov mərasimi açıq elan edib. O, “Şəhər günü” münasibətilə Şəki sakinlərini təbrik edib və proqram çərçivəsində maraqlı tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb. İcra başçısı Şəkinin tarixi abidələrlə zəngin bir diyar olduğunu və buna görə də bu məkanın xarici qonaqların diqqətini çəkdiyini bildirib. Daha sonra çıxış edən millət vəkiliYaqub Mahmudov da toplaşanları təbrik edərək, bu bayram münasibətilə onlara xoş ovqat arzulayıb.

Mənbə: Milli.Az

11 oktyabr 2013
GO BACK