Qadin.NET / 179 gənc həqiqi hərbi xidmətə yola salınıb

179 gənc həqiqi hərbi xidmətə yola salınıb

 

 

Milli.Az EL TV-yə istinadən xəbər verir ki, Yevlax rayonundan 179 gənc həqiqi hərbi xidmətə yola salındı. El Televiziyasının məlumatına görə, Heydər Əliyev meydanında gənclərin həqiqi hərbi xidmətə yola salınması münasibəti ilə təşkil olunan mərasimdə Yevlax Rayon İcra Hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etdilər. Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi Faiq Əmirov çıxış edərək tədbiri açıq elan etdi. Mərasimdə valideynlər çıxış edərək gənclərə uğular arzuladılar. Yevlax RİH başçısı Qoca Səmədov çıxış edərək çağırışçılara hərbi sirləri öyrənmələrini tövsiyə etdi. Daha sonra məktəblilər tibunanın qarşısından keçərək qonaqlara hərbi salam verdilər.Çağırışçılar isə  müqəddəs kitabımız olan Qurani-Kərimin altından keçərək üçrəngli bayrağımızı öpdülər. Mərasim zamanı təşkil olunan bədii hissə başa çatdıqdan sonra çağırışçılar hərbi xidmətə yola salındılar. Qeyd edək ki, Yevlax rayonundan 179 gənc həqiqi hərbi xidmətə yola düşdü.

Mənbə: Milli.Az

11 oktyabr 2013
GO BACK