Qadin.NET / Azərbaycanda insanların qripə yoluxması vəziyyəti dəyərləndirildi

Azərbaycanda insanların qripə yoluxması vəziyyəti dəyərləndirildi

 

 

Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, Azərbaycanın baş infeksionisti Namiq Əliyev ölkədə insanların qripə yoluxması vəziyyətini qiymətləndirib.N.Əliyev Trend-ə bildirib ki, hazırda insanlarda əsasən A qrupuna daxil olan qrip müşahidə edilir. Bu qripin müalicəsi mümkündür. Əgər müalicə vaxtında həyata keçirilərsə, xəstədə onun fəsadları yaranmaz. Ancaq xəstəlik müalicə olunmadıqda xəstədə pnevmoniyanın yaranması mümkündür.Baş infeksionist deyib ki, hazırda ölkədə qriplə bağlı vəziyyət təhlükəli deyil və epidemiya halı müşahidə edilmir.Payız-qış aylarında insanlarda əsasən tənəffüs yolları xəstəliklərinin yarandığını deyən N.Əliyev qeyd edib ki, mövsümün əvvəlində edilən bir peyvənd insanları payız-qış dövründə qripdən qoruya bilər. Peyvənd vurduran insanlar mövsüm ərzində ya qripə yoluxmurlar, ya da yoluxarlarsa, bu xəstəliyi çox yüngül keçirirlər. Ancaq Azərbaycanda qripə qarşı peyvəndin aparılmasına maraq çox azdır.N.Əliyevin sözlərinə görə, Azərbaycanda əsasən A qrupuna daxil olan qriplərə qarşı peyvənd işləri aparılır. Bir peyvənd qripin yalnız 1-2 növünə qarşı effekt verir.

Mənbə: Trend.Az

11 oktyabr 2013
GO BACK