Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu tərəfindən tədqiqatçı alim Fəxri Valehoğlunun "Tiflis quberniyasında azərbaycanlılara qarşı 1905-ci il kütləvi qırğınları" kitabı nəşr etdirilib.İnstitutdan Trend-ə verilən məlumata görə, kitabda ilkin yazılı mənbələr əsasında 1905-ci ilin noyabr ayında Tiflis quberniyasının Tiflis və Borçalı qəzalarında ermənilər tərəfindən türk-müsəlman əhaliyə qarşı törədilmiş vəhşi aksiyalar və qətliam faktları Gürcüstan Milli Tarix Arxivində saxlanılan rəsmi sənədlərə və 1905-1906-cı illərdə Tiflisdə nəşr olunan gürcüdilli və rusdilli mətbuat orqanlarına istinadən üzə çıxarılıb. Bununla da XX əsrdə ilk kütləvi qətllərin müəlliflərinin ermənilər olduğu bir daha sübut olunub.
Mənbə: Milli.Az