Dünyanın ən populyar sosial şəbəkəsi Facebook-un istifadəçiləri "Timeline"a yazdıqları məlumatları şəbəkənin axtarış sistemindən silə bilməyəcəklər.Milli.Az sosial şəbəkənin rəsmi bloquna istinadən bildirir ki, bu minvalla Facebook-un bütün istifadəçiləri barədə "açıq" məlumatları hər kəs görə biləcək.İstifadəçi özü ilə bağlı məlumatları axtarış üçün yalnız bir yolla bağlaya bilər: bunun üçün məlumatı gizləməyə çalışdığınız konkret istifadəçini "blok" etmək gərəkdir.Bütün bunlar Facebook-un "Timeline"ında ümumi konfidensiallıq qurğularının ləğv edilməsi deməkdir.
Mənbə: Milli.Az