Qadin.NET / Unikal rəssam: göz yaşı ilə şəkil çəkir

Unikal rəssam: göz yaşı ilə şəkil çəkir

 

Unikal rəssam: göz yaşı ilə şəkil çəkir

 

27 yaşlı argentinalı rəssam Leandro Qranato əsərlərini göz yaşları ilə çəkir.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, rəssamın tabloları ən azı 1500 dollardan satılır.O, hər əsərinə 800 millilitr boya sərf edir. Qranato iri göz yaşı damlalarını axıtmağı, ya da gözündən müxtəlif rəngli göz yaşı şırnaqlarını buraxmağı bacarır.Gözündən boyalı yaş axıtmaq üçün Qranato əvvəlcə boyaları burnuna çəkir, dərindən nəfəs alır, sonra burnu barmaqları ilə bərk sıxaraq əsər çəkməyə başlayır.Bu minvalla o, "gərəkli təzyiq"i saxlayır və gözündən boya şırnaqlarına nail olur.Leandro Qranatonun yaradıcılığının daha bir xüsusiyyəti bütün əsərlərin videokamera qarşısında çəkilməsidir.Əsərin videoyazısını rəssam əsərlə birlikdə müştəriyə verir."Mən optik rəngkarlıqla məşğulam. Əminəm ki, belə çətin, ağrılı texnika ilə çalışan yeganə insanam. Əsərimi alan insan bu tablonun necə çəkilməsinin sübutlarını da əldə edir. İndi yaradıcılığımı tədqiq etmirlər. Amma əminəm ki, gələcəkdə imzam və ya əsərdəki damlalar vasitəsilə məni tanıyacaqlar", - Leandro Qranato deyib.
Mənbə: Milli.Az
11 oktyabr 2013
GO BACK