BMT baş katibi Pan Gi Mun Beynəlxalq qız uşaqları günü ilə bağlı müraciət yayıb. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya daxil olan müraciətdə qeyd olunub ki, qız uşaqlarına səlahiyyət verilməsi, onların haqlarının təmin olunması üzləşdikləri ayrı-seçkilik və zorakılıq hallarına qarşı mübarizə bəşəriyyətin inkişafı üçün vacibdir: “Bu məqsədlərə nail olmağın ən yaxşı yollarından biri qızlara layiq olduqları təhsil imkanlarının yaradılmasıdır. Bir sıra ölkələrdə cinsi ayrı-seçkilik salaraq hələ də qız uşaqlarına özlərinin inkişafı üçün lazım olan şərait təmin edilməyib. Analarının da bu imkanlardan məhrum edildiyi bu kəslər yoxsulluq içində yaşadıqları və ya məhdud işləmək bacarığı ucbatından həyatda yol tapmaqlarında daha çox çətiniklərlə qarşılaşırlar. Məktəbə getməyən qız uşaqlarının əksəriyyəti ayrı-seçkilik və zorakılıq halları ilə üzləşir. Mən xüsusilə də qız olmaqla hər bir uşağın məktəbə getməsi imkanının yaxşılaşdırılması üçün Qlobal Təhsil üzrə Birinci Təşəbbüsü irəli sürdüm. Məqsədimiz oxumaq və saymaqdan savayı daha çox şey öyrətməyi qarşıya məqsəd kimi qoymaqdır. XXI əsrin mürəkkəb problemlərin öhdəsindən gəlməyə qadir olan qlobal vətəndaşlar yetişdirməkdir. Biz əhəmiyyətli nəticələri əldə etmək üçün qız uşaqlarının təhsildəki problemlərinin həllinin yeni yollarını tapmalı və gənc insanların səsini nəzərə almalıyıq.Dünyanın hər bir yerindən yeni qız uşaqları üzrə bəyannamənin müzakirəsində iştirak edən qızlar mənə müraciət ediblər. Mən səlahiyyətlərin verilməsi naminə bütün tərəflərin etdiyi güclü çıxışlara əməl etmələri üçün onların səfərbər Qlobal Təhsil üzrə Birinci Təşəbbüsün yaradılmasını təmin etdim. Daha dəqiq desək, 2015-ci ilədək Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq və həmin tarixdən sonrakı çərçivəni formalaşdırmaq üçün kampaniyamız dünya qız uşaqlarının ehtiyac və bacarıqlarını nəzərə almalıdır. Gəlin bu Beynəlxalq Qız Uşaqları Günündə onların şəxsi inkişafının təkmilləşdirilməsi və ümumi gələcəyimizə töhfə verə bilmələri naminə təhsilə investisiya qoymaq üçün birgə çalışaq”.
Mənbə: Milli.Az