Qadin.NET / İstirahət günləri üçün hava proqnozu açıqlandı

İstirahət günləri üçün hava proqnozu açıqlandı

 

 

Yaxın iki gün ərzində Azərbaycanda mülayim hava şəraiti davam edəcək, ölkənin bəzi yerlərində temperatur 25 dərəcəyə kimi yüksələcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi saniyədə 14 metr sürətlə əsəcək. Axşam şimal-qərb küləyi əsəcək, küləyin sürəti 7-12 m/s olacaq. Havanın temperaturunun gecə 10-13, gündüz 17-20 dərəcə isti olacağı gözlənilir.Oktyabrın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin sürəti 8-13 m/s olacaq, küləyin sürəti gündüz arabir 16 m/s-dək artacaq. Havanın temperaturunun gecə 10-13, gündüz 18-22 dərəcə isti olacağı gözlənilir.Yaxın iki gün ərzində Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin oktyabrın 13-də axşam bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Aran rayonlarında havanın temperaturunun gecə 7-12, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Mənbə: Milli.Az

11 oktyabr 2013
GO BACK