Qadin.NET / İtaliya sahillərində 311 miqrant ölüb

İtaliya sahillərində 311 miqrant ölüb

 

 

İtaliya dalğıcları Afrikadan miqrantları daşıyan və ötən həftə Lampeduza adasının yaxınlığında batan gəminin baxışını başa çatdırıblar. Son məlumatlara görə, 311 nəfər ölüb. Trend BBC-yə istinadən bu barədə məlumat verir.Sahil mühafizəsinin nümayəndəsinin sözlərinə görə, gəminin özündə cəsədlər daha yoxdur, lakin onun ətrafında axtarışlar davam edəcəkdir.Doqquz cəsəd cümə axşamı üzə qaldırılıb. Bəzi məlumatlara görə, indiyədək təxminən 50 nəfər itkin düşmüş sayılır.Həddindən artıq qeyri-leqal miqrantlarla yüklənmiş gəmi ötən cümə axşamı qəzaya uğrayıb.Gəmidə 500-dən çox miqrant, əsasən Somali və Eritreya vətəndaşları olub. Yalnız 155 sərnişin xilas ola bilib.

Mənbə: Milli.Az

11 oktyabr 2013
GO BACK