Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Lakin səhər saatlarında yarımadanın bəzi yerlərində havanın az çiskinli olacağı ehtimalı var.
Temperatur gecə 9-13°, gündüz 18-23° isti, Bakıda gecə 10-12°, gündüz 19-21° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 770 millimetr civə sütunundan 766 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək.
Temperaturun gecə 1-6°, gündüz 18-23° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 1-6° isti, gündüz 10-15°, bəzi yerlərdə 18°-dək isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək.
Temperaturun gecə 5-10°, gündüz 17-22° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.
Temperaturun gecə 4-9°, gündüz 15-20° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.
Temperaturun gecə 6-11°, gündüz 20-25° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə az yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq.
Temperaturun gecə 7-12°, gündüz 18-22° isti, dağlarda gecə 0-5°, gündüz 13-18° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Oktyabrın 13-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Mənbə: Milli.Az