Qadin.NET / Günün ulduz falı - 11.10.2013

Günün ulduz falı - 11.10.2013

Qoç - Gün böyük uğurlar vəd etmir. Qarşınızda həllinin nüfuzlu, hadisələrə təsir imkanlarına malik insanın diqqətini cəlb edəcək maraqlı məsələlər yoxdur. Yeni tərəfdaşlarla fikir ayrılığı yarana bilər.
Bir zamanlar yardım etdiyiniz insanlardan biri sizə kömək etmək istəmir.

Yeni tanışlarla işgüzar münasibətlər qurmaq cəhdi real nəticə verməyəcək.
Günün ikinci yarısında romantik xülyalara qapılmayın, illüzor planların tələsinə düşməyin.
Axşam saatlarını maraqlı məclisdə keçirin.
 
Buğa - Gərgin və aktiv çalışmağı tələb edən gündür. Əyləncə və istirahətə çox vaxt qalmayacaq. Əsas işi ikinci dərəcəli məsələdən ayırmağı bacarın. Əks təqdirdə sürəkli olaraq nə iləsə məşğul olacaqsınız.
Problemləri çözmək, məsələləri yoluna qoymaq, yaxşı tanıdığınız insanlardan birinə yardım etmək gərəkdir.
Sizə əziz olan insana laqeyd olmayın, onu qayğıdan məhrum etməyin.
Ən yaxın insanlarla ünsiyyətə vaxt tapın. Bunun üçün kiminsə xahişini yerinə yetirməmək də olar.
Səhhətinizə fikir verin. Yaşam potensialınızın səviyyəsi aşağıdır. Profilaktik tədbirləri unutmayın.
 
Əkizlər - Əlverişli və yaxşı gündür. Əvvəllər başladığınız işləri başa vura bilərsiniz. Son vaxtlar sürəkli mübahisə etdiyiniz insanla münasibətləri qaydaya salın. Ailədəki ixtilafa son qoymaq olar.
Amma bunun üçün sözlərinə etiraza alışmamış insanla mübahisədə qətiyyətli olmağınız gərəkdir.
Alış-veriş üçün yaxşı gündür. İmiclə eksperimentlər də apara bilərsiniz.
Axşam saatlarını sevdiyiniz insanla keçirin.
Xərçəng - Faktlarla müqayisədə illüziyalar, təxəyyül və arzulara çox inanmayın. Yaxın ətrafınızdakı şəxslərdən biri sizi aldatmağa çalışaraq eşitmək istədiyiniz sözləri deyir. Görüşlərin uğurlu alındığını düşünürsünüz.
Lakin bir qədər sonra, xırdalıq və detalları təhlil edəndə anlayırsınız ki, dəyərləndirmədə səhv edibsiniz. Yaxşı tanımadığınız insanlarla sıx ünsiyyətdə olmayın.
Yaxınlarınız səbrinizi tarıma çəkirlər. Onlarla dil tapmaq asan deyil. Kiçik və xırda məsələlərə görə ciddi mübahisələr ola bilər.
İkiüzlü insanın vədlərinə aldanmayın, onun sözlərini həqiqət saymayın.
 
Şir - Ailə üzvləriniz, qohumlarınız və yaxınlarınızla münasibətlərdə sərt olmayın. Ailə münasibətləri və şəxsi məsələlər bu gün ön plana çıxır. Lakin işi, peşə fəaliyyətini unutmayın.
Səfər və ya səyahətə çıxmaq istəsəniz, bilin ki, bu, planlaşdırdığınızdan çox vaxt tələb edəcək.
Günün ikinci yarısı qeyri-formal ünsiyyət, habelə nüfuzlu şəxslə təmaslar üçün əlverişlidir.
Dostlar çoxdankı qələbə və ya nailiyyətlərinizdən birini xatırlayacaqlar. Əldə etdiyiniz bilik və təcrübə karınıza gələcək.
 
Qız - Yeni və maraqlı işə başlamaq, yaxşı bələd olmadığınız sahədə özünüzü sınamaq üçün yaxşı gündür. Yaradıcılıq potensialı çox yüksəkdir. Parlaq ideyalarınızın bir qismini dərhal reallaşdırmaq olar.
Alış-veriş etmək, daşınmaz əmlaka pul yatırmaq olar.
Mürəkkəb problemləri həll edərkən hövsələsizlik etməyin.
İntuisiyanız çox kəskin olduğundan şəxsi münasibətlərdə həssas davranın. Hədiyyələr, xoş sürprizlər istisna deyil.
Əks cins mənsubunun diqqət mərkəzində ola bilərsiniz.
 
Tərəzi - Uğur qazanmaq istəyirsinizsə, tələsməyin və ətrafınızdakı insanları da tələsdirməyin.
Hadisələrin cərəyan tempi sürətli deyil. Bu, sizin üçün əlverişlidir. Davranışınızı formallaşan şərtlərə uyğun dəyişin. Geri çəkilməyin yollarını tapın, ehiyac yaranarsa, güzəştə getməyi bacarın. Səhvlər qaçılmazdır. Fəsadları aradan qaldırın.
Günün ikinci yarısı romantik tanışlıqlar üçün əlverişsiz, dostyana ünsiyyət üçün məsləhətli zamandır.
Yaxın ətrafınızdakı insanlardan biri fikirlərinizlə bağlı qərəzli mövqe tutub. Niyyətləriniz yanlış anlaşıldığından qarşılıqlı anlaşmaya sədlər mane olur.
 
Əqrəb - Ünsiyyət, işgüzar və şəxsi münasibətlər üçün əlverişli gündür. Sizə maraqlı olan insanlarla vaxt keçirin, yeni və faydalı tanışlıqlara nail olun. Köhnə dostlar özlərini yada salacaqlar.
Onlardan birindən cazibədar işgüzar təklifin alınması istisna deyil. Xeyirli məsləhətlər eşidirsiniz.
Cəsarətli və ekstravaqant əməllər üçün əlverişli gündür.
Günün ikinci yarısında peşəkar məsələləri həll etmək olar. Yaxşı ideyalar formalaşır.
Alış-veriş məsləhət deyil. Xərcləri məntiqi minimum həddinə qədər azaldın.
 
Oxatan - İşlərə ciddi yanaşın. Qələbələrin asanlıqla başa gələcəyini əsla dşünməyin. Fəqət uğurunuza əsla şübhə etməyin. Gün sizdən tədbirli davranmağı, intizamlı olmağı tələb edir. Öhdəliklərinizə və işlərinizə laqeyd yanaşmayın. Təfərrüatlara və detallara diqqətli olun. Dövlət qurumlarının nümayəndələri ilə görüşə, yoxlamaya hazır olun.
Günün ikinci yarısında maliyyə işlərində nailiyyət ola bilər. Gözlənilməz gəlir istisna deyil.
Şəxsi münasibətlərdə çətinliklər olsa da, ciddi problemlər istisnadır. Axşam saatlarını dost məclisində və ya dəvət aldığınız məclisdə keçirin.
 
Oğlaq - Günlə bağlı ümidləriniz böyük olmasın. Hadisələrin məcrası çox da uğurlu deyil. Başladığınız işləri ən kiçik, amma ciddi maneələrlə qarşılaşan kimir ataraq yarımçıq qoymayın. Qətiyyətli və inadkar olun. Pərişanlığa qapılmayın, bədbinləşməyin.
Ətrafınızda baş verən hadisələrlə maraqlanın, şəxsi rəğbətinizi nümayiş etdirməkdən çəkinməyin.
Ünsiyyət maraqlısı olun. Nüfuzlu insanda müsbət təəssürat oyatsanız, işlərinizdə irəliləyişlər ola bilər.
 
Dolça - Pozitiv təmayüllərin təsiri böyük olduğundan mühüm işlərlə inkişaf qaçılmazdır. Maliyyə və əmlak məsələlərinin uğurla həlli mümkündür. Rəqiblər və bədxahlar üzərində qələbəyə nail ola bilərsiniz. Müttəfiqlər və yardımçılar tapacaqsınız.
Yaxın ətrafınızdakı insanlar ideyalarınızı dəstəkləyəcəklər. Onlar arxanızca getməyə hazırdırlar.
Əfsuslar olsun ki, günün ikinci yarısında problemlər yaranacaq.
Özünüzü narahat, naqolay hiss edəcəksiniz. Mövqelərinizin doğru olmasına şübhə var.
Şübhəyə və qısqanclığa qapılmayın.
 
Balıqlar - İşlərin əksəriyyəti alınmır. Əlverişsiz şərait ucbatından planların bir qismini təxirə salmaq gərəkdir.
Yaxın ətrafınızdakı insanlarla münasibətlərinizdə problemlər var. Günün ortalarına yaxın özünüzü tənha hiss edəcəksiniz.
Hətta dostların sizi tərk etdiyini düşünə bilərsiniz. Ruh duşkünlüyü işdə uğurlara rəvac vermir.
Anlaşma, sövdələşmə, alış-veriş üçün uğurlu gün deyil.
Pulla risk etməyin. Sevdiyiniz insanla münaqişə ola bilər. Yaxınlarınızla qarşıdurma istəmirsinizsə, iradlar və qeyri-konstruktiv tənqidə varmayın.
Mənbə: Milli.Az
11 oktyabr 2013
GO BACK