Microsoft Windows Phonedakı YouTube tətbiqetməsini yeniləyərək yenidən işlək vəziyyətə gətirdi. Google şirkətinin xoşuna gəlməyən bu tətbiqetmə yenə YouTubeun HTML5 əsaslı mobil veb-saytını göstərir. Milli.Az ICTnews-a istinadən bildirir ki, Microsoft YouTube üçün hazırladığı ilk tətbiqetməni may ayında yayımlamışdı. Lakin Windows Phoneu dəstəkləməyi düşünməyən Google tətbiqetmənin Windows Phone Store-dan yığışdırılmasını tələb etmişdi. Yığışdırıldıqdan sonra bəzi dəyişikliklər edilsə də, yenə Googleun reklam prinsipləri yerinə yetirilməmiş olaraq qalırdı.Nəticədə, Google Windows Phone-dakı YouTubeun fəaliyyətinə yenə icazə verməmişdi. Google ilə Microsftun birgə yeni YouTube tətbiqetməsi hazırlayacaqları bir neçə ay idi ki, müzakirə olunmaqda idi. Amma görünür ki, Microsoft Google ilə işləmək planlarından əl çəkib və YouTube üçün yeni tətbiqetməni özü yayımlamağı tərcih edib.
Mənbə: Milli.Az