Qadin.NET / Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib

Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Milli.Az AzərTAc-a istinadən bildirir ki, məktubda deyilir: "Hörmətli İlham Heydər oğlu!Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.Seçkilərdə inamlı qələbəniz Sizin yüksək siyasi nüfuzunuza, Sizin rəhbərliyinizlə həyata keçirilən, ölkənin sosial-iqtisadi inkişafına, onun beynəlxalq mövqelərinin möhkəmlənməsinə yönəlmiş fəaliyyət xəttinin əhali tərəfindən fəal dəstəklənməsinə dəlalət edir.Ümidvaram ki, Rusiya-Azərbaycan strateji tərəfdaşlığının güclənməsi, bütün sahələrdə qarşılıqlı faydalı ikitərəfli əlaqələrin genişləndirilməsi üzrə birgə işimizi davam etdirəcəyik. Bu, bizim dost xalqlarımızın mənafelərinə tam uyğundur, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi məcrasında baş verir.Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövlət başçısı kimi məsul fəaliyyətinizdə yeni uğurlar arzulayıram".

 

Mənbə: Milli.Az

10 oktyabr 2013
GO BACK