Ölkəmizin ümumtəhsil məktəblərində təhsilin məzmun keyfiyyətini artırmaq, keçirilən dərslərin mənimsəmə əhatəsini əyani vəsaitlərlə daha da dolğunlaşdırmaq üçün təhsil müəssisələrinin maddi-texniki bazasını zənginləşdirmək əsas hədəflərdən biri hesab olunur. Bu barədə Lent.Az-a Təhsil Nazirliyindən məlumat verilib.2013-2014-cü tədris ilində respublika üzrə 240, o cümlədən Bakı şəhərindəki 27 ümum təhsil müəssisəsində 370 fizika, kimya və biologiya fənn laboratoriyası müasir tələblərə cavab verən avadanlıqlarla təmin olunub. Bu iş dövlət büdcəsindən ayrılmış müvafiq vəsait hesabına Təhsil Nazirliyinin sifarişi ilə həyata keçirilib
Mənbə: Lent.Az