Qadin.NET / İranda dərman böhranı hələ də davam edir

İranda dərman böhranı hələ də davam edir

İranda dərman qıtlığı və böhranı hələ də davam edir. Buna səbəb ölkənin Mərkəzi Bankının dərman preparatlarının idxalı üçün lazım olan vəsaiti ayırmaması və gecikdirməsidir.Bunu İran Səhiyyə Nazirliyinin Dərman və Ərzaq məsələləri Təşkilatının rəisiRəsul Dinarvənd deyib. Bu barədə Trend İSNA agentliyinə istinadən məlumat verir.Dinarvənd deyib ki, xarici valyutanın qiymətinin bahalaşması idxal olunan dərman preparatlarının qiymətinin iki dəfə artmasına səbəb olub və ölkə daxilində istehsal olunan dərmanların da qiyməti orta hesabla 50 faiz artıb.Onun sözlərinə görə, dərmanların qiymətlərinin artmasını tənzimləmək və konpensasiya məqsədi ilə 723 milyon dollardan artıq xüsusi büdcə ayrılıb ki, indiyədək bu xüsusi büdcədən 200 milyon dollar Səhiyyə Nazirliyinə verilib.ABŞ və Avropa İttifaqı tərəfindən tətbiq olunan və İranın maliyyə, ticarət, energetika və nəqliyyat sektorlarını əhatə edən sanksiyalar bu ölkənin iqtisadiyyatına mənfi təsir göstərib. Həmin sanksiyalar milli valyutanın dəyərinin düşməsi ilə yanaşı, ölkəyə bəzi dərman preparatlarının idxalı üçün də problemlər yaradıb. Belə ki, son vaxtlar İran KİV-nin məlumatına görə, ölkə bazarında bəzi yoluxucu, xərçəng, diabet və digər ağır xəstəliklərin müalicəsi üçün lazım olan 90 növ dərman preparatını tapmaq çətinləşib.

 

Mənbə: Milli.Az

10 oktyabr 2013
GO BACK