Qadin.NET / Məkkədə zəvvarları su basdı

Məkkədə zəvvarları su basdı

Dünən Səudiyyə Ərəbistanındakı Məkkə şəhərində qəflətən leysan yağıb.Milli.Az Arab News-a istinadən bildirir ki, güclü yağışlar nəticəsində Məkkədəki zəvvarların çadırlarını su basıb. Onlar oktyabrın 14-də Ərəfata çıxmağa hazırlaşırdılar.+40 dərəcəni keçən bürkülü havalardan sonra yağan güclü yağış zəvvarları sərinlətsə də, onların çadırlarının əksəriyyəti çöküb.Məkkə şəhər Mülki Müdafiə Xidmətinin mətbuat katibi polkovnik Abdulla əl Hartinin dediyinə görə, güclü yağış nəticəsində 7 zəvvar yaralanıb.

 

Mənbə: Milli.Az

10 oktyabr 2013
GO BACK