Qadin.NET / Qaxda yeni körpü salınır

Qaxda yeni körpü salınır

Qax rayonunda yeni körpü salınır. Milli.Az xəbər verir ki, bu barədə Day.Azsaytına "Azəryolservis" ASC-dən məlumat veriblər. Məlumata əsasən, Qapıçay üzərindən Marsan kəndinə gedən, yararsız vəziyyətə düşmüş körpünün yerində uzunluğu 33 metr, eni isə 12 metr olan körpü tikilir. İşlərin böyük hissəsi artıq həyata keçirilib. Gələn ayın sonuna qədər işlər tamamlanacaq. Məlumatda o da qeyd olunub ki, Ələtəmir-Marsan-Tasmalı avtomobil yolu da tikilir. Bu yolun uzunluğu 10 km, eni isə 7 metrdir. Bu işlər də artıq sona çatmaq üzrədir. 

 

Mənbə: Milli.Az

10 oktyabr 2013
GO BACK