Qadin.NET / Gözəl qadına 500 milyon dollarlıq bəzək vuruldu

Gözəl qadına 500 milyon dollarlıq bəzək vuruldu

 

İnanılmaz təsir bağışlasa da, belədir: dünyanın ən bahalı qadın bəzəyi artıq gerçəkləşdirilib.Məşhur zərgər, Londondakı "Graff Diamonds" zərgərlik brendinin banisi və sahibi Lourens Qraf 75 illik yubileyi münasibətilə rekord vurmaq qərarına gəlib. O, supermodel Dalya Günteri ümumi dəyəri 500 milyon dollar olan daş-qaşla bəzəyib.1970-ci illərdə saça 1 milyon dollarlıq daş-qaş bəzəyi vuraraq tarixi rekordun müəllifi kimi yadda qalmış Lourens Qraff bu dəfə brilyant və almazlarla yanaşı, 52,73 karatlıq sarı, parlaq zümrüddən də yararlanıb.Və ən nəhayət, Lourens Qraff 100 milyon dollar qiyməti olan, tovuzquşu şəklindəki saç darağından istifadə edib.Dalya Günterin bəzədilməsində ürək formasında olan 51,53 karatlıq brilyant və 50,76 karatlıq almaz sırğalardan, 10,47 karatlıq almaz kulondan, 6,51 karatlıq çəhrayı brilyant üzükdən, 550 karatlıq "Letseng Star" brilyant boyunbağısından, 14 dairəvi almazın salındığı daha bir üzükdən istifadə olunub."1960-cı illərdə brilyant və almaz qaşlı bəzəklərə münasibət mühafizəkar idi. 1970-ci ildə modeli 1 milyon dollarlıq zinət əşyaları ilə bəzəyərək təsəvvürləri dəyişməyə, gənc xanımların ən gözəl bəzəyinin almaz və brilyant olduğunu göstərməyə çalışdım. İndi də gözəl xanıma dünyanın ən bahalı bəzəyini vurdum", - Lourens Qraff deyib.

 

Mənbə: Milli.Az
10 oktyabr 2013
GO BACK