
Nigeriyanın şimalında “şəhid kəmərləri” istehsal edən zavod aşkarlanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə “Röyter” agentliyinə ölkənin yüksək çinli hərbçiləri xəbər veriblər.Nigeriya ordusunun briqada generalı İlyasu Abbahın sözlərinə görə, zavod Kano şəhəri yaxınlığındakı Qunduaya kəndində aşkarlanıb. Hərbçilərin keçirdikləri əməliyyatdan sonra “Boko Haram” radikal islamçı qruplaşmasının silahlıları bu ərazi tərk etmək məcburiyyətində qalıblar.
Mənbə: Milli.Az