Türkiyənin Tekirdağ vilayətindəki Muratlı rayonunda yerləşən Ballıhoca ölkənin ən qəribə kəndi sayıla bilər.Milli.Az DHA-ya istinadən bildirir ki, 640 sakini olan Ballıhocadakı adamların 20 faizinin soyadları "alma" kəlməsi ilə bitir.250 evi olan kənd sakinlərinin əksəriyyəti 1935-ci ildə Türkiyəyə mühacirət etmiş qaqauzlardır.Onlar gəldikləri Beşalma kəndini "unutmamaq" üçün özlərinə "Birelma", "İkielma", "Üçelma", "Dörtelma", "Beşelma", "Altıelma", "Yedielma", "Sekizelma" və "Dokuzelma" soyadları seçiblər.
Mənbə: Milli.Az