Qadin.NET / 3 şahmatçımız medalla dönür

3 şahmatçımız medalla dönür

 

Bu gün Monteneqronun Budva şəhərində 8-18 yaşlı yeniyetmə şahmatçılar arasında 23-cü Avropa çempionatı başa çatıb. Milli.Az Azerisport.az-a istinadən xəbər verir ki, İsveçrə sistemi üzrə 9 turdan ibarət keçirilmiş yarışda 35-ə yaxın ölkədən 1000-dən artıq idmançı mübarizə aparıb.Bizdən bu rəqabətdə 28 şahmatçı iştirak edib. 3 təmsilçimiz mükafata layiq yer tutub. U-8-in mücadiləsində Aydın Süleymanlı 8 xalla hamını qabaqlayıb. Elə bu yaş qrupunda həmyerlisindən yarım xal az toplayan Sənan Əliyev 3-cü olub.14 yaşlı qızların yarışında Günay Məmmədzadə 7,5 xalla qalib adını qazanıb.

Mənbə: Milli.Az

9 oktyabr 2013
GO BACK