Qadin.NET / Azərbaycanın ən uzunömürlü seçicisi səs verib

Azərbaycanın ən uzunömürlü seçicisi səs verib

Milli.Az EL TV-yə istinadən xəbər verir ki, Ağdaşda yaşayan 124 yaşlı Gözəl Dadaşova daşınan qutudan imtina edərək seçki  məntəqəsinə gedərək səs verib. Üç əsrin şahidi olan 124 yaşlı Gözəl Dadaşova 89 saylı Göyçay-Ağdaş DSK-nın 24 saylı seçki məntəqəsinə gedərək istədiyi namizədə səs verdi. Dünyanın ən yaşlı sakinlərindən biri olan Gözəl Dadaşova  ailə üzvləri ilə birgə  Ağdaş rayonunun Qulbəndə kəndindəki seçki məntəqəsinə gedərək sərbəst şəkildə səsvermədə iştirak edib.O, özü ilə bərabər 41 övladının, nəvəsinin, nəticəsinin və kötücəsinin də prezident seçkilərində fəal iştirak etdiyini bildirib.  Yaşının çox olmasına baxmayaraq sərbəst hərəkət edən, yaddaşından şikayəti olmayan, normal görmə qabiliyyətinə malik olan və özünü sağlam hiss edən 124 yaşlı Gözəl nənə dəfələrlə prezident, parlament və bələdiyyə seçkilərində iştirak etdiyini və indi də məntəqədə seçkinin normal şəkildə təşkil olunduğunu, ona səsvermə zamanı heç kimin köməklik etmədiyini və sərbəst şəkildə bülleteni dolduraraq seçki qutusuna atdığını deyib. Azərbaycanın ən uzunömürlü seçicisi olan Gözəl Dadaşova gümrah olduğu üçün daşınan qutunun evə gətirilməsinin əleyhinə olduğunu və şəxsən seçki məntəqəsində iştirak etdiyini qeyd edib.

Mənbə: Milli.Az

9 oktyabr 2013
GO BACK