Qadin.NET / "Exit-poll"un nəticələrinə görə, İlham Əliyev seçkilərdə inamlı qələbə qazanıb

"Exit-poll"un nəticələrinə görə, İlham Əliyev seçkilərdə inamlı qələbə qazanıb

9 oktyabr - Azərbaycan Respublikasının Prezidenti seçkilərində Fransanın "OpinionWay" Tədqiqat İnstitutunun keçirdiyi "exit-poll"un nəticələri açıqlanıb.Trend-in məlumatına görə, prezident seçkilərində Fransanın "OpinionWay" Tədqiqat İnstitutunun keçirdiyi "exit-poll"un nəticələrinə görə, İlham Əliyev82,8 faiz səslə birinci olub."Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının sifarişi ilə Fransa Respublikasında fəaliyyət göstərən "OpinionWay" Tədqiqat İnstitutu 64 DSK üzrə 99 məntəqədə "exit-poll" keçirib. "Exit-poll"da 4701 səs vermiş respondent iştirak edib. "Exit-poll"un keçirilməsi metodologiyasına uyğun olaraq, seçki məntəqəsindən çıxan səs vermiş vətəndaşlar onlara təqdim olunan anketi özləri dolduraraq şəffaf qutuya salıblar. "Exit-poll"da iştirak edən seçicilərin anonimliyi təmin edilib. Şəffaf qutular səsvermə günü ərzində 4 dəfə (saat 12.00; 15.00; 17.00; 19.00) açılıb və məlumatlar mərkəzə ötürülüb.

"Exit-poll"un yekun nəticələrinə görə namizədlər aşağıdakı kimi səs (faizlə) toplayıblar:
1. Ağazadə İqbal Fehruz - 1,7
2. Əliyev İlham Heydər - 82,8
3. Əlizadə Araz Məmməd Mübariz - 0,5
4. Hacıyev Hafiz Ələmdar - 0,4
5. Həsənli Cəmil Poladxan - 9,3
6. Həsənquliyev Qüdrət Müzəffər - 2,9
7. İsmayılov İlyas Abbas - 0,5
8. Məmmədov Sərdar Cəlal - 0,6
9. Oruc Zahid Məhərrəm - 0,7
10. Quliyev Fərəc İbrahim - 0,6
Qeyd edək ki, prezident seçkilərinin şəffaf, azad, ədalətli və dünyada qəbul olunan demokratik standartlara uyğun şəkildə keçirilməsinə yardım göstərilməsi məqsədilə Fransada fəaliyyət göstərən "OpinionWay" Tədqiqat İnstitutunu "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyası "exit-poll" keçirilməsi üçün Azərbaycana dəvət edib. Bu ilin iyul ayının əvvəlindən "OpinionWay" Tədqiqat İnstitutu ilə danışaqlara start verilib və avqust ayının sonunda tərəflər arasında müqavilə imzalanıb."OpinionWay " Tədqiqat İnstitutu seçkiqabağı vəziyyətin öyrənilməsi məqsədilə 23-29 sentyabr 2013-cü il tarixdə bütün ölkə üzrə 1000 nəfər arasında ictimai rəy sorğusu keçirmişdi. Sorğuda iştirak edən və "Əgər seçkilər bu gün keçirilsəydi, kimə səs verərdiniz" sualını cavablandıran respondentlərin 79,9%-i İlham Əliyevə səs verəcəklərini bildirmişdilər.

Mənbə: Milli.Az

9 oktyabr 2013
GO BACK