Qadin.NET / Moskvada yaşayan həmvətənlərimiz də seçkidə aktivlik nümayiş etdirirlər

Moskvada yaşayan həmvətənlərimiz də seçkidə aktivlik nümayiş etdirirlər

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Rusiyada yaşayan Azərbaycan vətəndaşları bir neçə saatdır başlayan prezident seçkiləri üçün səsvermədə fəal iştirak edirlər. Bu barədə Kəpəz televiziyasına 17 saylı Yasamal 3-cü seçki dairəsinin Rusiyanın paytaxtı Moskva şəhərində yaradılan 40 saylı seçki məntəqəsindən məlumat verilib. Moskvada keçirilən seçki komissiyasının sədri Ağamoğlan Ağalarov: “Seçkilər səfirliyin qeydiyyatında olan vətəndaşların siyahısı əsasında keçirilir, məntəqəmizdə 1500 nəfər seçici var. Bundan başqa 300 əlavə bülleten verilib, ümumiyyətlə, 1800 seçicinin olacağını gözləyirik. Saat yarımdan çoxdur başlayıb, haradasa 150-dən çox vətəndaş səs verib. Belə deyək ki, hazırda səsvermənin aktiv vaxtı deyil, Moskvanın böyük şəhər olduğunu nəzərə alsaq, aktiv seçicilər hələ gəlib çıxa bilməyiblər, burada məkan anlayışı genişdir. Amma haradasa qeydə aldığımız seçicilərin 90%-nin gəlib iştirak edəcəyini gözləyirik”.

 

Mənbə: Milli.Az

9 oktyabr 2013
GO BACK