Qadin.NET / MSK: 1894050 nəfər səsvermədə iştirak edib

MSK: 1894050 nəfər səsvermədə iştirak edib

MSK: 1894050 nəfər səsvermədə iştirak edib

Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkiləri ilə bağlı saat 12.00-a olan nəticələri açıqlayıb.  APA-nın məlumatına görə, MSK Katibliyinin “Seçkilər” İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, saat 12.00-a olan məlumata görə, seçicilərin 1 894 050 nəfəri səsvermədə iştirak edib.  Ölkə üzrə ümumi seçici fəallığı 36,81 faiz təşkil edib. Qeyd edək ki, ölkə üzrə 125 seçki dairəsi üzrə 5 492 seçki məntəqəsi fəaliyyət göstərir. Seçicilərin ümumi sayı 5 milyon 145 min 643 nəfərdir.Xatırladaq ki, MSK-nın 115 nömrəli “Qaynar xətt”inə səsvermənin gedişi zamanı baş verən qanun pozuntuları, qeyri-qanuni hərəkətlər, seçici siyahılarında olan problemlərlə bağlı zəng vuraraq məlumat vermək mümkündür

 

Mənbə: Milli.Az

9 oktyabr 2013
GO BACK