Qadin.NET / Kəndlilər kəndi satın aldılar

Kəndlilər kəndi satın aldılar

Britaniyada baş vermiş bu hadisə ölkə tarixində bir "ilk" sayıla bilər. Çünki indiyədək kəndlilər başqasının mülkiyyəti olan kəndlərini satın alaraq özləri kollektiv sahibkara çevrilməmişdilər.İndi isə kəndillər öz kəndlərinə yiyələniblər.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İngiltərənin Straud səmtindəki Koutsuoldda yerləşən Vudçester Uelli kəndinin sakinləri indiyədək "Bluchie Limited" şirkəti tətəfindən idarə olunan kəndlərini satın alıblar.73 evdən ibarət kəndin hüquqi sahibləri indi təqaüdçülərdir. Kəndlilərin dediklərinə görə, Vudçester Uellinin idarəetmə hüquqlarına malik şirkət ağır maliyyə böhranına düçar olub və bu səbəbdən də kəndi satın almaq çətinlik yaratmayıb.Piter Uilson və Betti Yanqın başçılıq etdikləri kəndlilər assosiasiya yaradaraq kəndi satın alıblar."Özəl şirkətə icarə pulu ödəməkdən bezmişdik. Axı nə üçün sahibi olduğumuz ev və torpaq sahələrinə görə başqasına pul verməliyik?! Bunu düşündük və qərara gəldik ki, kəndi satın alaq. Çünki "Bluchie Limited" kəndimizi başqa şirkətə sata bilərdi", - Piter Uilson deyib.3 il davam edən danışıqlar, ağır müzakirələr və pul toplanmasından sonra kəndlilər 2 milyon funt-sterlinq toplayaraq Vudçester Uellini satın alıbla.

Mənbə: Milli.Az
9 oktyabr 2013
GO BACK