Lionel Messi El Klssikoya kimi sağalmalıdır. Milli.Az ESPN-a istinadən xəbər verir ki, Argentina yığmasının və “Barselona”nın forvardı Lionel Messi yığma komandasına getməyərək İspaniyada qalıb. Kataloniyada Messi individual proqramı ilə tibbi muayinədən keçir və “Real” Madridlə oyununa hazırlaşır. Belə anlaşılır ki, Messi Ronaldu ilə qarşılaşmanı daha üstün tutub. Habelə, klubun baş məşqçisi Jerardo Martino bəyan edib ki, Messi tez sağalıb artıq “Osasuna”ya qarşı oyunda iştirak edə bilər. “Mən dəqiq bilmirəm Messi “Osasuna”ya qarşı oynacaq, ya yox. Amma belə bir ehtimal var. Yaxın gələcəkdə biz bunu görəcəyik. Jordi Alba ilə Xavyer Maskerano “Barsa”nın növbəti matçında dəqiq oynayacaqlar.
Mənbə:Milli.Az