Qadin.NET / Merilin Monronun sirri satılacaq

Merilin Monronun sirri satılacaq

Dünya kinematoqrafının ən məşhur aktrisalarından biri, Hollivud əfsanəsi Merilin Monronun plastik cərrahiyyə əməliyyatlarına məruz qaldığını sübut edən sənədlər və tibbi qeydlər satışa çıxarılacaq. Həmin sənədlər gələn ay "Julien's Auctions" hərrac evində satılacaq. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Merilin Monronun plastik əməliyyatlar keçirdiyi indiyədək şayiə və absurd iddialar hesab olunurdu. Aktrisanın fanatları əmindilər ki, onun gözəlliyi təbiidir.

 Jurnalistlər isə aktrisanın məhz hansı plastik əməliyyatlar keçirməsi ilə bağlı araşdırmalar aparır, mübahisələr edirdilər. İndi satışa çıxarılmış sənədlər bu dartışmalara birdəfəlik son qoyur.Hollivudun məşhur plastik cərrahı Maykl Qurdinin imzası olan sənədlər rentgen çəkilişləri və həkimlərin yazılarından ibarətdir.Sənədlərdən birində həkim yazır ki, "pasiyentin əsas şikayəti cəhəngin deformasiyası ilə bağlıdır".1950-ci ildəki sənəddə isə Merilin Monronun əməliyyata məruz qaldığı və onun çənəsinə qığırdaq implantatı yerləşdirildiyi vurğulanır. Əməliyyat burunun plastik "düzəlişi" ilə birlikdə aparılıb.1957-ci ilə aid digər sənəddə isə Merilin Monronun hamiləliyi qeydə alınıb.Hərrac noyabrın 10-da ABŞ-ın Kaliforniya ştatındakı Beverli-Hilss şəhərində keçiriləcək. 1950-1962-ci illərə aid sənədlərin ilkin satış qiymətləri 15-30 min dollar arasındadır.

 

Mənbə: Milli.Az

9 oktyabr 2013
GO BACK