Trend xəbər verir ki, Məzahir Pənahov deyib ki, beynəlxalq ictimaiyyətə göstərmək lazımdır ki, Azərbaycanda real vəziyyət necədir və bunu çatdırmaq KİV-in üzərinə düşür: "Seçkilərin ilkin nəticələri ilə bağlı məlumatlar çox operativ olaraq çatdırılacaq".MSK sədri qeyd edib ki, səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə ilkin məlumatlar gün ərzində beş dəfə - saat 10:00, 12:00, 15:00, 17:00, 19:00-da veriləcək.
Mənbə: Milli.Az