Qoç - işlər çox olsa da, narahat olmayın, əndişələnməyin. Təşəbbüslərlə tələsməyin. Problemlər yaranarsa, onları sürətlə həll etməyə çalışın. İnformasiya ilə işə yetərincə vaxt ayırın, gələn məktubları oxuyun, son vaxtlar aldığınız təklifləri dəyərləndirin.
Günün ikinci yarısında eşidəcəyiniz təkliflərlə bağlı illüziyalara qapılmayın. Son vaxtlar yaşamınızda təkrarnan ideyalarda rasional məhvər arayın.
Mühüm dəyişikliklərin yaxınlaşdığını hiss edə bilərsiniz.
Görüş, zəng və ya məktub bundan xəbər verir.
Görüş, zəng və ya məktub bundan xəbər verir.
Diqqətinizi cəlb edən məqamı diqqətlə araşdırın.
Şəxsi münasibətlərdə qarşı tərəfin əhvalına və niyyətlərinə fikir verin. Xoşagələn söz demək əvəzinə xoşagələn iş görün.
Axşam saatlarında istirahət etmək, alış-verişə çıxmaq olar.
Buğa - sakit və aram gündür. Yalnız şəraitin və şərtlərin tələb etdikləri işləri görün. Yaxın ətrafınızdakı insanları vadar etməsəniz, ciddi heç nə olmayacaq.
Son günlər sizi narahat edən problemin həlli üçün uğurlu gündür.
Hansısa işiniz uğurlu alınmırsa, prosesləri sürətləndirməyin, süni təkanlara əl atmayın, əsas işləri ataraq başınızı mücərrəd məsələlərlə qatmayın.
Situasiya maraqlı olsa da, birmənalı deyil,
Qeyri-stabil şəraitə rəğmən, plan üzrə hərəkət edin, irəliləməyə can atın.
Situasiyalara müdaxilə etməyin.
Sizə təklif edilən məqama dərhal inanmayın. Nikbin olun.
Əkizlər - emosiyalar burulğanı yaranıb. Tərəfdaşlarla münasibətlərdə sərt və aqressiv olmayın. İradların zəncirvari reaksiyası narazılıq partlayışına səbəb ola bilər.
Əgər münaqişənin qarşısını almaq mümkün deyilsə, alınmış informasiyadan münasibətlərin qapalı amillərini dəyərləndirmək üçün yararlanın.
Əgər münaqişənin qarşısını almaq mümkün deyilsə, alınmış informasiyadan münasibətlərin qapalı amillərini dəyərləndirmək üçün yararlanın.
Qarşı tərəfin demək istəmədiyi məqamlardan qəflətən xəbər tutacaqsınız.
Günün ikinci yarısında maraqlandığınız işlə məşğul olun. Su prosedurları çox xeyirlidir.
İnternetdə yazışma, gecə söhbətləri faydalı ola bilər.
Xərçəng - müxtəlif istiqamətlərdən gələn təzyiqləri hiss edəcəksiniz. Həddən artıq öhdəliklər, vədlər və yerinə yetiriləsi işlər var. İradlar, gözləntilər də az deyil. Evinizi müdafiə olunmuş məkan sayın və bunun əksini düşünənlərə müqavimət göstərin.
Ənənəvi yaşam arealından kənarda çalışmaq istəyi yarana bilər.
İnternet bu gün sizin üçün sinirlərin rahatlanması və ünsiyyətin alternativi ola bilər.
Yardım istəyən insanlara kömək edin. Minnətdarlıq gözləməyin, çünki gözlədiyiniz əməli görməyəcək, sözləri eşitməyəcəksiniz.
Yaxın ətrafınızdakı insanların davranış motivləri dəyişkən, emosiyaların təsiri altındadır.
Danışıqlar və reaksiyalarda dəqiqliklə müəyyənlik gözləməyin.
Danışıqlar və reaksiyalarda dəqiqliklə müəyyənlik gözləməyin.
Sizi narahatlıq və təlaşdan ayıracaq işlərlə məşğul olun.
Şir - hisslər və emosiyalarınızı çərçivəyə salmayın. Münasibətlərin inkişafı, köhnəlmiş formaların dəyişdirilməsi üçün əlverişli zamandır. Stereotiplər, adətlərin bəzilərindən imtina edərək istədiyiniz kimi davrana bilərsiniz.
Sizin işlərə və biliklərə tələbat çoxdur.
Lakin bütün işləri görmək və ətrafınızdakı insanların tələbatlarını yerinə yetirmək mümkün deyil. Başqa niyyətiniz varsa, "yox" deməyi bacarın.
Nəyə başlamaq və ya nəyisə əldə etmək istəyirsinizsə, qüvvə və resurslarınızı dəqiq hesablayın. Hazırlaşın və dəyərləndirin. Əsas işlərə sabah başlamaq olar.
Axşam saatlarında normal istirahət edin.
Qız - hadisələrin ritmi dəyişir. Tələsik, hövlnak addımlar heç bir effekt verməyəcək. Şərtlər və tələblər dəyişir, olayların yeni mərhələsi başlanır. Çoxdan bəri layiq olduğunuz nəsnəni əldə etmək imkanı var. Lakin ətrafdakılara təzyiq edərək həddən ziyadə təşəbbüskar olmayın.
Tələsməyin, təklifləri dinləyin, informasiya toplayın.
Tərəfdaşlıq münasibətlərində hər şey aydın deyil. Sizə yanlış məlumat verməyə çalışacaqlar.
Axşam saatlarını sizi maraqlandıran bilgi və ya təcrübəyə malik insanlar arasında keçirin.
Cari işlərdə müəyyən məqamların istiqamətini dəyişmək, təkmilləşdirməklə bağlı yeni ideyalar yarana bilər.
Tərəzi - böyük və genişmiqyaslı dəyişikliklər astanasındasınız. Bütün bunlar cari hadisələrin kontekstinə təsir etməməlidir. Məcburi tənəffüs götür-qoy etməyə, perspektivləri və gözləntilərinizi dəyərləndirməyə imkan verəcək.
Günorta saatları istirahət və səhhətin profilaktikası üçün əlverişlidir.
Son günlərdə qarşılaşdığınız xəbərlər, məlumatlar və informasiyaları sistemləşdirmək üçün yaxşı gündür. Poçt qutusunda yır-yığış edin, unutduğunuz məktublara cavab verin, zəng vurun, vədləri yerinə yetirin.
Axşam saatlarında vurnuxmadan və təlaşdan imtina edin, dincəlin.
Yeni maraq obyekti barədə məlumat yığın. İş barədə həddən ziyadə düşünməyin.
Əqrəb - hövsələsiz olmayın, hadisələrə süni təkan verməyin. Sakit, rahat ünsiyyəti, informasiya mübadiləsini seçin. Danışıqları çox incə şəkildə istiqamətləndirmək gərəkdir. Yaxın ətrafınızdakı insanlara təzyiq göstərməyin, onları seçdiyiniz hərəkətə sövq etməyin. Hər bir şəxsə fərdi yanaşma cari işlərdə alternativ variantları görmək qədər vacibdir.
Etibar etmək istəmədiyiniz insanlarla daha sıx əlaqələr qurmaq imkanını əldən verməyin. Həddən artıq səmimi olmayın.
Görüş barədə danışıb razılaşıbsınızsa, punktual olun, özünüzü çox gözlətməyin.
Axşam saatları ilə bağlı romantik planlarınız varsa, ideyanın reallaşmasını təxirə salmayın.
Günün yetərli keyfiyyəti və potensialı var.
Oxatan - intuisiyanız güclənir. Emosional reaksiyanız güclənəcək, hissiyatınız artacaq.
Təkbaşına çalışmaq, hadisələrin sakit axarında irəliləməkdə xeyir var.
Təkbaşına çalışmaq, hadisələrin sakit axarında irəliləməkdə xeyir var.
Bütün işlərlə eyni vaxtda məşğul olaraq nigaran qalmayın. Daha vacib saydığınız işlərlə məşğul olun.
Hansısa qərar qəbul etməyə tələsməyin və ya təşəxxüslü davranaraq yaxın ətrafınızdakı insanlara təzyiq göstərməyin. Dəyər verdiyiniz insanları dinləyin, onların dərdlərinə şərik olun.
Günün ikinci yarısında enerjinizi qənaətlə sərf edin.
İşlərdə qayda-qanuna riayət edin. Yaxın günlərdə fəaliyyətinizdə qəfil çətinləşmə və təftişlər ola bilər.
Batini və zahiri qayda nə qədər çox olarsa, ötən saatların sizi təəssüfləşdirməcəyi şansı çoxdur.
Yeni imkanlar və əlaqələr istisna deyil.
Oğlaq - maddi perspektivlərinizi dəyərləndirin. Heç bir mənfəət verməyən, amma qüvvə və vaxtınızı alan işlərdən imtina edin. Borcu qaytarsalar və ya çoxdan gözlənilən məbləği alsanız, vəsaiti xərcləməyə tələsməyin.
Bundan sonrakı perspektivlərlə bağlı ata biləcəyiniz addımları dəqiqləşdirin. Pulları planlaşdırdığınız istiqamətə və ya işə yatırmaq fikrindən vaz keçə bilərsiniz.
Köhnə əşyalar, mənasız hisslər, asılılıq və ballastdan qurtulmaq zamanıdır.
Yaşamınıza yeni dəyərlər qatmağa tələsməyin.
İntuisiyanıza qulaq asın. Mövqeyinizi yaxın adamlarınıza təlqin etdirməyə can atmayın.
Dolça - bəzi işlərdə başlaqalarını qabaqlayıb yaxşı nəticələrə nail olursunuzsa, bəzi işlərdə tam əksinə, ciddi böhran yaşanır. Əlavə iş görməklə bağlı qərar varsa, çox uğursuz addımdır. Eyni vaxtda bir neçə iş və ya layihədə çalışmayın.
Diqqətin cəmləşdirilməsi və prioritetlərin seçilməsi ilə bağlı problemlər yarana bilər. Xaotik şəkildə daxil olan informasiya, yaxın ətrafdakı insanların istək və tələbləri sizə mane olacaq.
Diqqətin cəmləşdirilməsi və prioritetlərin seçilməsi ilə bağlı problemlər yarana bilər. Xaotik şəkildə daxil olan informasiya, yaxın ətrafdakı insanların istək və tələbləri sizə mane olacaq.
Can atmadığınız istiqamətdə uğur qazana bilərsiniz. Spontan yaranan imkanları rədd etməyin.
Günün ikinci yarısında milyon iş olsa da, bir qədər istirahət edin. Əks təqdirdə işgüzarlığın əvvəliki məhsuldarlığını bərpa etmək çətindir.
Balıqlar - dəyişən situasiyanın bütün nüanslarını sürətlə dəyərləndirmək, diqqəti cəmləmək çətindir. İşinizi ciddi və diqqətli şəkildə görərkən kimsə səylərinizin nəticələrindən bəhrələnmək fikrinə düşə bilər.
Konteksti nəzərə alın, nəyi nə zaman edəcəyini planlaşdırın. Əməllərinizin nəticələri ilə qarşılaşmağa hazırlaşın.
Kollektivdə şərait intriqalar, istənilən məsələdə emosional məzmunu ehtiva edir. Şəxsi maraqlar və eqoizm ön plana çıxır.
Bilavasitə iştirakınız tələb olunan çoxsaylı işlər arasında ən vacibini seçin. İkinci dərəcəli işləri müəyyənləşdirin və ən başlıcası - cazibədar görünsə də, əsas işi görün.
Bir mövzunun çərçivəsində qalmayın, maraqlı və cazibədar görünən məkana yollanın. Gərəkli ola biləcək insanlarla görüşün.
Güc, qüvvə və imkanlarınızın dəqiq sərhədini bilin.
Mənbə: Milli.Az