"Azərbaycanda prezident seçkilərinin şəffaf və demokratik keçirilməsi üçün zəruri işlər görülüb". Trend-in məlumatına görə, bu barədə Pakistan Milli Assambleyasının və Senatının Azərbaycanda keçiriləcək prezident seçkiləri üzrə müşahidə missiyasının rəhbəri Sayed Mushahid Hüseyn çərşənbə axşamı Milli Məclisin sədri Oqtay Əsədovla görüşdə bildirib.S.M.Hüseyn rəhbərlik etdiyi müşahidə missiyasının seçki məntəqələrinin 20 faizində veb-kameraların quraşdırılmasını yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. Görüşdə O.Əsədov prezident seçkilərinə hazırlıq barədə qonaqlara məlumat verib. Azərbaycan-Pakistan əlaqələrindən danışan spiker ölkələrimizin həmişə beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini söyləyib.Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində rəsmi İslamabadın Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə minnətdarlığını bildirib. Azərbaycanın və Pakistanın hər zaman dost və qardaş münasibətdə olduğunu xatırladan S.M.Hüseyn bu əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib.
Mənbə: Milli.Az