“Barselona”nın sahibi Sandro Rossel Tito Vilanovanın komandaya geri dönməsini bəyan edib.
Milli.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, klub rəhbəri sabiq baş məşqçinin mütləq komandaya qayıdacağını bildirib:
“Mən bura gələndən onun xəstəliyi klub üçün ən pis hadisə olub. Əgər Tito sağalsa, o, əlbəttə ki “Barselona”ya qayıdacaq. Mən bilmirəm hansı vəziyyətdə, amma o qayıdacaq”.Xatırladaq ki, Katalon klubunun sabiq baş məşqçisi Tito Vilanova xərçəng xəstəsi olduğu üçün klubdan ayrılıb. Onun yerinə Jerardo Martino gəlib.
Tuncay Türbəndəzadə
Mənbə: Milli.Az