Qadin.NET / Azərbaycan sahibkarları Özbəkistanda beynəlxalq sərgiyə dəvət olunurlar

Azərbaycan sahibkarları Özbəkistanda beynəlxalq sərgiyə dəvət olunurlar

 

Cari ilin 29 oktyabr - 2 noyabr tarixlərində Özbəkistanın Daşkənd şəhərində 7-ci Beynəlxalq Sənaye Yarmarkası və Kooperasiya Birjası keçiriləcək.Trend Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən məlumat verir ki, Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr beynəlxalq sərgidə iştiraka dəvət olunurlar.
Sərgi "Uzeekspocentr" Milli Sərgi Mərkəzində keçiriləcək. Təbdir barədə ətraflı məlumatı AZPROMO-dan, həmçinin Özbəkistanın Azərbaycandakı səfirliyindən əldə etmək olar.
Mənbə: Milli.Az
8 oktyabr 2013
GO BACK