Qadin.NET / "Tanrı zərrəciyini" kəşf edənlər Nobel mükafatına layiq görüldülər

"Tanrı zərrəciyini" kəşf edənlər Nobel mükafatına layiq görüldülər

 

Bu il fizika üzrə Nobel mükafatına belçikalı alim Fransua Enqler və britaniyalı alim Piter Hiqqs layiq görülüblər. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, alimlər "Hiqqs Bozonu" (tanrı zərrəciyi) - elementar zərrəciklər kütləsinin mənşəyi haqqında anlayışı təsdiq edən mexanizmin kəşfinə görə ən yüksək elm mükafatına layiq görülüblər. Məlumatı İsveç Kral Elmlər Akademiyasının Nobel komitəsi yayıb. 20-ci əsrin 60-cı illərində İngilis alimi Piter Hiqqs tanrı zərrəciyi fərziyəsini irəli sürüb. O hesab edirdi ki, kainat görünməyən gizli zərrəciklərlə əhatə olunub. Bəzi elementar zərrəciklər həmin sahədən keçəndə subatomik bozonlarla zənginləşir və kütlə əldə edirlər. Hiqqs Bozonu sayəsində Materiya kütlə əldə edir, bununla forma yaranır. 14 milyard il əvvəl baş verən böyük partlayışdan meydana gəldiyi hesab edilən hiqqs bozonu qalaktikaları, ulduzları və planetləri ortaya çıxaran kosmos dağıntısının mənbəyi hesab olunur. Uzun illər idi ki, Hiqqs bozonlarını yenidən yaratmaq üçün elementar zərrəcikləri işıq sürətinə yaxın sürətlə bir-birinə çırparaq 14 milyard il əvvəl baş vermiş böyük partlayışı modelləşdirməyə çalışırdılar. 2008-ci ildən isə dünyanın 40-a yaxın ölkəsinin elm adamı bu istiqamətdə səylərini birləşdirdilər. 
Tanrı hissəciyinin kəşfi son 60 ildə fizika elmində ən böyük kəşfdir. 
Mənbə: Milli.Az
8 oktyabr 2013
GO BACK