Qadin.NET / Şəki kəndlərinin içməli su təchizatı yaxşılaşdırılır

Şəki kəndlərinin içməli su təchizatı yaxşılaşdırılır

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti içməli sudan əziyyət çəkən kəndlərdə su təchizatının yaxşılaşdırılması layihələrinin icrasını davam etdirir. Belə layihələrdən biri Şəki rayonunun Qaratorpaq və Bolludərə kəndlərində həyata keçirilir. Layihənin birinci mərhələsi çərçivəsində magistral su xəttinin tikintisi başa çatıb və Qaratorpaq kəndinə içməli suyun verilməsinə başlanılıb.
ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu münasibətlə təşkil olunmuş mərasimdə Şəki rayon İcra Hakimiyyətinin başçısıElxan Usubov kəndə ilk dəfə olaraq içməli suyun verilməsini böyük nailiyyət adlandırıb, "Azərsu" ASC tərəfindən layihənin qısa müddətdə icra olunmasını yüksək qiymətləndirib."Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənov bildirib ki, içməli sudan əziyyət çəkən kəndlərin su təchizatının yaxşılaşdırılması xüsusi diqqətdə saxlanılır.Tədbirdə çıxış edən kənd sakinləri Qaratorpaq və Bolludərə kəndlərində istifadəyə yararlı su mənbəyi və su şəbəkəsinin olmadığını bildiriblər. İçməli suyu uzaq məsafədən maşınlarla daşıdıqlarını deyən sakinlər problemin həllinə göstərilən köməyə görə ölkə rəhbərliyinə və "Azərsu" ASC-nin kollektivinə minnətdarlıqlarını ifadə ediblər.Həyata keçirilən yeni layihə Qaratorpaq və Bolludərə kəndlərində 2200 nəfərin içməli su təchizatının yaxşılaşdırılmasını nəzərdə tutur. Bu kəndləri fasiləsiz və keyfiyyətli içməli su ilə təmin etmək üçün su mənbəyi kimi Oğuz rayonunun Söyüdlü kəndindəki su anbarı seçilmişdir. Layihənin birinci mərhələsi çərçivəsində su mənbəyindən Qaratorpaq kəndinə qədər 11 km uzunluğunda magistral su xətti çəkilib. Kənd ərazisində ümumi istifadə üçün 1 ədəd su bulağı və 1 ədəd su dayağı quraşdırılıb. Bu layihənin davamı olaraq növbəti mərhələdə rayonun Bolludərə kəndinə polietilen borularla 7 km uzunluğunda magistral su xətti çəkiləcək.

Mənbə: Milli.Az

8 oktyabr 2013
GO BACK