Bir çox gənc qızların düşündüyü kimi yağlı dəri elə də pis bir şey deyil. Düzdür, yağlı dəri parıldayır, sızanaqlar çıxır, səpir. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bununla belə, kosmetoloqlar iddia edirlər ki, yağlı dəriyə sahib olmaq daha yaxşıdır. Bu cür dərilər quru dərilərdən gec qırışır. Yağlı dəriyə düzgün qulluq göstərmək, imkan daxilində salona getmək lazımdır. Yağlı dəriyə əl ilə toxunmaq tövsiyə olunmur. Xüsusən də əllər ideal vəziyyətdə təmiz deyilsə.
Mənbə: Milli.Az