2013-cü ilin yanvar-sentyabr aylarında icmal büdcənin gəlirləri 16929,0 mln. manat icra olunmuşdur ki, bu da 2012-ci ilin eyni dövrü ilə müqayisədə 648,5 mln. manat və ya 4,0 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir.İcmal büdcənin xərcləri 14399,4 mln. manat icra olunmuşdur ki, bu da 2012-ci ilin eyni dövrü ilə müqayisədə 1755,7 mln. manat və ya 13,9 faiz çoxdur. Hesabata görə, 2013-cü ilin 9 ayında dövlət büdcəsinin mədaxili 13786,2 mln. manat proqnoza qarşı 14330,0 mln. manat və ya 3,9 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1808,9 mln. manat və ya 14,4 faiz çox olub.Vergilər Nazirliyi tərəfindən cari ilin 9 ayında mədaxil proqnozuna 104,7 faiz əməl edilmiş, dövlət büdcəsinə 4929,9 mln. manat vəsait daxil olmuşdur ki, bu da proqnoza nisbətən 223,1 mln. manat, ötən ilin eyni dövrü ilə müqayisədə 375,4 mln. manat və ya 8,2 faiz çoxdur.2013-cü ilin 9 ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən proqnoza 100,2 faiz əməl edərək büdcəyə 1011,7 mln. manat vəsait təmin edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz və yaxud 130,8 mln. manat çoxdur.
Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə 8339,9 mln. manat vəsait transfert edilib.Sair daxilolmalardan nəzərdə tutulan 22,2 mln. manata qarşı büdcəyə 48,5 mln. manat və ya proqnoza nisbətən 2,2 dəfə çox vəsait daxil olub.2013-cü ilin 9 ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 91,0 faiz və ya 12719,7 mln. manat, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1645,5 mln. manat və ya 14,9 faiz çox icra olunub.Hesabata görə, iqtisadi təsnifata uyğun olaraq cari ilin 9 ayında dövlət büdcəsi xərclərinin 27,8 faizi və ya 3530,0 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən eyni dövrü ilə müqayisədə 4,8 faiz və ya 163,0 mln. manat çoxdur.Cari ilin 9 ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 4960,0 mln. manat vəsait yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28,1 faiz və yaxud 1089,0 mln. manat çoxdur.Bu mənbədən elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına, müharibə əlilləri, şəhid ailələri üçün yaşayış evlərinin və bu qəbildən olan digər sosial obyektlərin tikintisinə 1277,0 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 3683,0 mln. manat vəsait yönəldilmişdir.
Mənbə:Milli.Az