İspaniyanın “Real Madrid” klubunun futbolçusu Qaret Beyl son 4 ildə 3-cü dəfə Uelsin ən yaxşı futbolçusu sayılıb. Lent. az-ın məlumatına görə, dünyanın ən bahalı oyunçusu yalnız ötən il bu mükafata sahib ola bilməyib.Beyl sentyabrın əvvəllərində İngiltərə “Tottenhem”indən İspaniya “Real Madrid”inə 100 milyon avroya keçib. O, ötən mövsüm 44 oyuna 26 qol, 15 məhsuldar ötürmə müəllifi olub.
Mənbə: Lent.Az