Oktyabrın 12-də Azərbaycanın muğam ansamblı II Beynəlxalq “Avrasiya” musiqi festivalı çərçivəsində Rusiyada konsert proqramı ilə çıxış edəcək. Lent.az-ın məlumatına görə, festival Yekaterinburq şəhərində keçiriləcək. Konsertdə əməkdar artist Elşən Mansurov, Ələkbər Ələkbərov, Abuzər Güləliyev, Ramin Abdullayev, Ehtiram Hüseynov və Arzu Əliyeva muğamlarımız, xalq mahnıları və milli rəqs havalarımız səsləndirəcəklər.
Mənbə: Lent.Az