Qadin.NET / Azərbaycanlı dirijor Lvova gedəcək

Azərbaycanlı dirijor Lvova gedəcək

 

Oktyabrın 13-də Dövlət Simfonik Orkestrinin dirijoru, əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov Lvovda Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət  konserti idarə etmək üçün Ukraynaya gedəcək. Lent. az-a verilən məlumata görə, Lvov Dövlət Filarmoniyasının Simfonik Orkestrində Üzeyir bəy Hacıbəylinin “Koroğlu” operasının uvertürası,  Soltan Hacıbəyovun “Karvan” simfonik lövhəsi, Firəngiz Əlizadənin “Nağıllar” simfonik əsəri, Qara Qarayevin “Don Kixot”  simfonik qravürləri və Fikrət Əmirovun “Azərbaycan Kapriççiosu” ifa ediləcək.
 Fikrət Əmirov və Elmira Nəzirovanın fortepiano və orkestr üçün “Konsert”inin solisti professor Fərhad Bədəlbəyli olacaq.
Mənbə: Lent.Az

 

8 oktyabr 2013
GO BACK