Azərbaycan Premyer Liqasının I dövrəsində 23 ölkə təmsilçiləri qol vurub. Apasport.az saytının məlumatına görə, arxada qalan 9 turun 45 oyununda qapılara vurulan 105 qola Azərbaycan təmsilçiləri ilə yanaşı, 22 ölkədən olan legionerlər imza atıblar.
Çempionatda vurulan qolların 30-u, yəni 28,6 faizi yerli futbolçuların hesabındadır. Xarici ölkələr arasında ön pillədə isə Braziliya qərarlaşıb. “Sambaçılar” I dövrədə bütün qolların 16,2 faizini, yəni 17 qol vurublar.
Yerli futbolçular cənubi amerikalıları qabaqlamaları ilə öyünə bilərlər. Lakin bu 13 qolluq fərq bizimkilərin öz doğma çempionatlarında oynaması ilə izah olunur. Qol sayında üçüncülüyə şərik olan Gürcüstan və Xorvatiya isə Braziliyadan təxminən 3 dəfə az qol vurublar.
105 qoldan birinin avtoqol olduğunu nəzərə alsaq, digər 104 topa 58 futbolçu imza atıb. Onlardan 19-u yerli futbolçulardır. Braziliyadan isə 8 qolçu öz bacarığını göstərib. Gürcüstan, Xorvatiya, Hollandiya və Serbiyanın hərəsindən 3 oyunçu Azərbaycan Premyer Liqasında fərqlənib.
1. Azərbaycan – 30 (19 futbolçu)
2. Braziliya – 17 (8 futbolçu)
3-4. Gürcüstan - 6 (3 futbolçu)
Xorvatiya - 6 (3 futbolçu)
5-7. Hollandiya - 5 (3 futbolçu)
Serbiya - 5 (3 futbolçu)
Litva – 5 (1 futbolçu)
8. Seneqal - 4 (2 futbolçu)
9-11. ABŞ – 3 (1 futbolçu)
Özbəkistan - 3 (1 futbolçu)
Nigeriya – 3 (1 futbolçu)
12-16. Ukrayna - 2 (1 futbolçu)
Kamerun – 2 (1 futbolçu)
İsveç - 2 (1 futbolçu)
Sloveniya – 2 (1 futbolçu)
Fransa – 2 (2 futbolçu)
17-23. Makedoniya – 1 (1 futbolçu)
Albaniya – 1 (1 futbolçu)
Almaniya - 1 (1 futbolçu)
Rusiya – 1 (1 futbolçu) və 1 avtoqol (1 futbolçu)
Tacikistan – 1 (1 futbolçu)
Paraqvay - 1 (1 futbolçu)
Rumıniya - 1 (1 futbolçu)

Mənbə: Milli.Az